Haqqımızda

"Cüzdan" MMC 2024-cü ildə sürətli, asan və etibarlı ödəniş həlləri təqdim etmək məqsədilə fəaliyyətə başlamışdır. Eyni il Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Elektron Pul Təşkilatı lisenziyası (№ EPT-033, 25 sentyabr 2024) alaraq fəaliyyətini rəsmi şəkildə genişləndirmişdir.
Məqsədimiz, sahibkarları irəli aparacaq innovativ və rəqabətədavamlı ödəniş həlləri təqdim etməklə, müştərilərimizin rəqəmsal dünya ilə inteqrasiyasında körpü rolunu oynamaqdır.
"Cüzdan" MMC olaraq, müştəri məmnuniyyətini ön planda tutaraq, istifadəçilərin maliyyə ehtiyaclarını qarşılayacaq müasir maliyyə texnologiyaları ilə dəyər yaratmağa və yeni biznes modelləri ilə müştərilərimizin hərtərəfli ehtiyaclarını ödəməyə yönəlmişik.