Xəbərlər

"Cüzdan" MMC Elektron Pul Təşkilatı Lisenziyası Aldı

14.01.2025

25 sentyabr 2024-cü il tarixində "Cüzdan" MMC Azərbaycan Mərkəzi Bankından Elektron Pul Təşkilatı lisenziyası əldə edib. Bu addım şirkətin maliyyə texnologiyaları sahəsində xidmətlərini genişləndirməsinə və müasir ödəniş həlləri təqdim etməsinə şərait yaradacaq.

Lisenziya "Cüzdan" MMC-yə elektron pul əməliyyatlarının həyata keçirilməsi və rəqəmsal maliyyə xidmətlərinin göstərilməsi hüququnu təmin edir. Şirkət müştərilərinə daha təhlükəsiz və rahat ödəmə imkanları təqdim etməyi hədəfləyir.